Azərbaycan XİN İrana başsağlığı verdi

22 Sentyabr 2024 15:17

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranın Cənubi Xorasan əyalətindəki Təbas kömür mədənində partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı verib.

Milli.Az-ın xəbərinə görə, bu barədə XİN-nin X sosial şəbəkəsində paylaşım edilib.

"Xorasan əyalətindəki kömür mədənində baş vermiş partlayışla bağlı İran xalqına və hökumətinə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını və bu faciəli hadisənin nəticələrinin tezliklə aradan qaldırılmasına ümid edirik"- deyə paylaşımda qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun