Bu içkiləri hələ də içirsiniz? - ARAŞDIRMA

28 İyun 2012 12:10
Milli.Az "Le Figaro"ya istinadən bildirir ki, "Coca Cola" və "Pepsi Cola" korporasiyalarının istehsal etdikləri sərinləşdirici qazlı içkilərin hər 1 litrində 20 tikə ekvivalentində şəkər, habelə az miqdarda spirt aşkarlanıb. "Light" kateqoriyasına aid içkilərdə insan sağlamlığı üçün çox zərərli olan şirinləşdirici maddələr də üzə çıxarılıb.

Fransız ekspertlərin hesabatında vurğulanır ki, "Cola" kateqoriyasına daxil olan içkiləri insan orqanizmində piylənmə, izafi çəki və şəkərli diabet yaradır.

"60 Millions de consommateurs" jurnalı isə bildirir ki, "Coca-Cola", "Pepsi", "Auchan", "Cora", "Casino", "Leader Price", "Man U-Cola" və s. kimi 19 adda sərişləndirici içkilərdə şəkər, şirinləşdirici maddələr, qarışıqlar, kofein və spirt var.
"Coca Cola"nın hər 1 litrində 18, "Pepsi Cola"da isə 17 tikə ekvivalentində şəkər var.
Bu içkilər laboratoriyalarda yoxlanarkən testlər zamanı onların tərkibində Hindistan qozu, darçın və s. də aşkarlanıb.

Fransız alimlərin dediklərinə görə
, qazlı sərinləşdirici içkilərin tərkibindəki həmin maddələr bəzi bitki və meyvələrə qarşı çox ağır formada allergik reaksiyası olan insanların orqanizmlərində ciddi fəsadlar yaradır.

ABŞ-ın Kaliforniya ştatında "insan orqanizmi üçün çox təhlükəli zəhərli kimyəvi maddə" kimi ərzaq və içkilərə qatılması qəti qadağan edilmiş fosfor turşusu ilə yanaşı, ammonium-sulfat və karamel E150D kimi rəngləndiricilərlə kimyəvi birləşmələrdən də müxtəlif "Cola"ların istehsalında istifadə olunur.

Hesabatda o da vurğulanır ki, sərinləşdirici içkilərin tərkibində spirt tapılıb.
Daha konkret olsaq, "Coca-Cola", "Pepsi Cola", "Coca-Cola Light Coke" və "Coke Zero"nun da aralarında yer aldıqları 10 içkinin hər litrində 1,2 faiz spirt tapılıb. Bu, 1 litrdə 10 mq alkoqol deməkdir.

"Coca Cola" korporasiyasının Fransadakı bölməsinin direktoru Mişel Pepin: "istehsalatın gizli formulasının tələb etdiyi üçün bəzi içkilərdə spirtdən istifadə oluna bilər", - deyərək, hesabatın nəticələrini qismən təsdiqləyib.

"Pepsi Cola" isə iddiaları rədd edib.

Fransa Valideynlər Birliyi isə orta məktəb, lisey və universitetlərin kafeləri ilə yanaşı, bu təhsil müəssisələrinin yaxınlığında "Cola" içkilərinin satışının yasaqlanmasını tələb edib.

Milli.Az