Rusiyanı məğlub etmək istəyənlər tarixə baxsınlar - Şröder

22 Sentyabr 2024 10:26

Rusiya üzərində qələbəyə inanan hər kəsə tarix kitablarına nəzər salmağı məsləhət görürəm.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Almaniyanın keçmiş kansleri Gerhard Şröder deyib.

O qeyd edib ki, nə Napoleon, nə də Hitler Rusiyanı məğlub edə biliblər.

Şröder hesab edir ki, Qərb Ukraynada münaqişənin eskalasiyasının mümkün perspektivini düzgün qiymətləndirmir. O, Rusiyanın hərəkətlərini ciddi səhv adlandırsa da, Qərbin Rusiyanın tarixən əsaslandırılmış təhlükəsizlik maraqlarına əhəmiyyət vermədiyinə diqqət çəkib.

"Məhz biz almanlar, II Dünya müharibəsinin tarixini və Almaniya adına törədilən cinayətləri nəzərə alaraq, diqqətli və konstruktiv hərəkət etməliyik", - keçmiş kansler bildirib.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun