İran yeni “Shahed 136B” İHA və “Cahad” raketlərini təqdim etdi

22 Sentyabr 2024 09:15

İran Silahlı Qüvvələrinin Bəndər Abbasda keçirilən paradında yeni "Shahed 136B" pilotsuz uçuş aparatları və "Cahad" raketləri təqdim edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "IRNA" məlumat yayıb.

Bildirilib ki, çoxsaylı döyüş başlığı olan "Cahad" raketləri min kilometrə qədər uçmağa qadirdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun