Fransada yeni hökumətin tərkibi təsdiqlənib

22 Sentyabr 2024 06:36

Fransada yeni hökumətin tərkibi təsdiqlənərək elan olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Fransa prezident administrasiyasının rəhbəri Aleksi Koler nazirlərin siyahısını açıqlayıb.

"Demokratik Hərəkat Partiyası"ndan olan Jan-Noel Barro yeni xarici işlər naziri təyin edilib. O, Fransa Prezidenti Emmanuel Makronun təklifi ilə Aİ-nin çiçəklənməsi və sənaye strategiyasına cavabdeh olan Avropa Komissiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmiş "İntibah" partiyasından olan Stefan Sejurneni əvəz edəcək.

Fransa Silahlı Qüvvələr naziri postunu yenə Sebastyan Lekornyu tutacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun