Lekornu vəzifəsini qorudu, Sejurne getdi…

21 Sentyabr 2024 23:31

Fransa hökumətinin yeni tərkibi bir neçə həftəlik gərgin məsləhətləşmələrdən sonra təsdiq və elan edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, nazirlərin siyahısını Fransa Prezident Administrasiyasının rəhbəri Aleksi Koler açıqlayıb.

Demokratik Hərəkat Partiyasından Avropa məsələləri üzrə keçmiş nazir Jan-Noel Barro yeni xarici işlər naziri təyin edilib. O, Avropa Komissiyasının vitse-prezidenti təyin edilən Stefan Sejurneni əvəzləyib.

Sebastyan Lekornu Fransa Silahlı Qüvvələri naziri postunu qoruyub, yeni hökumətdə də vəzifəsinə davam edəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun