Makronun YUXULARI QARIŞIR: “Barnier hökuməti lənətə gəlsin!”

21 Sentyabr 2024 22:55

Parisdə Bastiliya meydanı yaxınlığında mindən çox insan nümayiş keçirərək Fransa Prezidenti Emmanuel Makronu istefaya çağırıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nümayiş iştirakçıları ölkə prezidentinin sağ mərkəzçi Respublikaçılar partiyasının nümayəndəsi Mişel Barnieri baş nazir postuna təyin etmək qərarını tənqid edirlər.

Nümayişçilərin çoxu "İtaətsiz Fransa" və Yeni Xalq Cəbhəsi koalisiyasının bayraqları ilə gəlib. Onlar "Makron istefa ver!" və "Barnier hökuməti lənətə gəlsin!" şüarları səsləndiriblər.

Nümayişlər polisin müşayiəti ilə keçirilir və heç bir insident baş vermir.

Ümumilikdə ölkədə "Tabe olmayan Fransa" və tələbə təşkilatlarının nümayəndələrinin çağırışı ilə təşkil edilən 50-yə yaxın nümayiş keçirilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun