Xəbər verdiyimiz kimi, TNT kanalında yayımlanan "Comedy Club" yumoristik teleşousu bağlanıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, layihənin prodüseri Pavel Rudçenko şounun əsas aktyor heyətinin ayrıldığı üçün bağlandığını bildirib.
O, qeyd edib ki, ilk heyətdən yalnız komediyaçılar Qarik Xarlamov və Pavel Volya qalıb.
Prodüser aktyorların bəzilərinin başqa fəaliyyətlə məşğul olduğunu, Semyon Slepakovun isə xarici agentlərin reyestrinə daxil edildiyini bildirib.
Qeyd edək ki, layihə 19 ildir sözügedən telekanalda yayımlanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun