Pezeşkian Nyu Yorka 40 nəfər aparır: Qızı, kürəkəni...

21 Sentyabr 2024 18:36

İran Prezidenti Məsud Pezeşkianın BMT-nin illik sammitində iştirak etmək üçün Nyu Yorka səfəri zamanı onu 35-40 nəfər müşayiət edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Modara" xəbər saytı məlumat yayıb.

Bildirilib ki, səfər zamanı onu müşayiət edənlər arasında qızı Zəhra Pezeşkian, kürəkəni Həsən Məcidi və iki oğlu da olacaq.

Qeyd edək ki, sentyabrın 18-də Pezeşkian kürəkənini Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun