Ərdoğan ABŞ-yə getdi

21 Sentyabr 2024 17:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu toplantısında iştirak etmək üçün ABŞ-yə yola düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfərdən əvvəl Prezident Ərdoğan İstanbulun Atatürk hava limanında mətbuata açıqlama verib.

Ölkə başçısı bildirib ki, son vaxtlar bölgədə və dünyada baş verən hadisələr, eləcə də rəqəmsal hücumlar nəzərə alınaraq Türkiyə başda müdafiə sənayesi olmaqla bütün imkanlarını səfərbər edib.

Qeyd edilib ki, başda Qərb olmaqla dünya ölkələri artıq İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində birləşməlidir. Bütün bunları nəzərə alaraq Nyu-Yorkdakı "Türk evində" keçiriləcək fərqli görüşlərdə atılması artıq vacib hal alan bir sıra addımlar müzakirə olunacaq. Görüşlər təkcə dövlət və hökumət başçıları ilə deyil, Amerikada yaşayan türklər və ticarət təmsilçiləri ilə də keçiriləcək.

Qeyd edək ki, Nyu-Yorkda keçiriləcək toplantıya 193 ölkənin hökumət və dövlət başçıları qatılacaq. Türkiyə Prezidenti sentyabrın 24-də BMT tribunasından 14-cü dəfə çıxış edəcək. Ərdoğanın çıxışı zamanı başqa İsrail-Fələstin qarşıdurması olmaqla, bölgədə və dünyada baş verən son hadisələri, eləcə də regiondakı gərginliyin artma ehtimallarını əsas götürərək BMT-nin yenidən formalaşdırılmasının zəruriliyini vurğulaması gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun