37 yaşlı rabitəçi faciəvi şəkildə ÖLDÜ

21 Sentyabr 2024 17:01

Astara rayonunda 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Astara rayonunun Seləkəran kəndi ərazisində baş verib.

Belə ki, "Bakcell" şirkətinin əməkdaşı olduğu bildirilən Lənkəran rayonu Gərmətük qəsəbə sakini, 1987-ci il təvəllüdlü Elgün İlham oğlu Məlikov qazıntı işləri apararkən ərazidən keçən yüksək gərginlikli elektrik cərəyanı onu vurub.

Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun