Putin Paşinyanı təbrik edib

21 Sentyabr 2024 16:41

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Armenpress" məlumat yayıb.

"Dost, müttəfiq Rusiya-Ermənistan münasibətlərinin, o cümlədən ümumi inteqrasiya birlikləri çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətin gələcək inkişafı, şübhəsiz ki, xalqlarımızın fundamental maraqlarına cavab verir. Sizə cansağlığı və uğurlar, Ermənistanın bütün vətəndaşlarına isə xoşbəxtlik və firavanlıq arzulayıram", - deyə məktubda bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun