Azərbaycan və Rusiya ilə beynəlxalq yollar şəbəkəsinə qoşulmaq zəruridir – İranlı nazir müavini

21 Sentyabr 2024 16:01

Azərbaycan və Rusiya yolları vasitəsi ilə beynəlxalq şəbəkəyə qoşulmaq zəruridir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İran Rəşt-Astara dəmiryolu xətti vasitəsi ilə yük daşımaq üçün arxayın olmaq istəyirsə, bu məsələdə qonşu ölkələrlə danışıqlar apararaq araşdırılmalıdır.

Xademi əlavə edib ki, Rusiya, Hindistan və Avropa ölkələri arasında yükdaşıma həcmi çoxdur. Yüklərin İran üzərindən keçməsi ucuz və qısa məsafəlidir. Lakin yüklərin münasib və sadə şəkildə daşınması üçün şərait yaradılmalıdır.

Nazir müavini qeyd edib ki, yükün ölkə ərazisindən keçid vaxtı məntiqli zaman çərçivəsində olmazsa, təbii ki, yük sahibləri öz yüklərini İrandan keçirməyə maraqlı olmayacaqlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun