İsrail Qəzzada məktəbi BOMBALADI - 10 nəfər ölüb

21 Sentyabr 2024 14:51

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki,  bu barədə "The Times Of Israel" məlumat yayıb.

Bildirilib ki, Həmas əl-Fəlah məktəbindən İsrailə qarşı hücumlar planlaşdırmaq və həyata keçirmək üçün istifadə edirdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun