Bu tarixdə görüşəcələr

21 Sentyabr 2024 16:19

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampla sentyabrın 26-27-də görüşəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında V.Zelenski danışıb.

Onun sözlərinə görə, gələn həftə ABŞ-yə səfəri zamanı prezidentliyə digər namizəd Kamala Harrislə də görüşəcək. 

Xatırladaq ki, bir neçə gün əvvəl Tramp Zelenski ilə görüş ehtimalı barədə danışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun