KİV: HƏMAS komandiri öldürüldü

21 Sentyabr 2024 13:51

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki,  bu barədə "Ynet" məlumat yayıb.

Məhəmməd Mansurun "Həmas hərbi kəşfiyyatında mühüm texnoloji bilik mənbəyi" olduğunu bildirir.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri son sutka ərzində Qəzza zolağında 20-yə yaxın hədəfi, o cümlədən Hamas və əməliyyatçılar tərəfindən istifadə edilən binaları vurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun