Ukrayna ordusu Belqorodu vurdu

21 Sentyabr 2024 12:56

Son 24 saatda Ukrayna ordusu Belqorod vilayəti ərazisinə 27 PUA ilə hücum edib.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında yazıb.

O, eyni zamanda qeyd edib ki, Ukrayna ordusu tərəfindən Belqorod vilayətinə 120 raket atılıb:

"Hücum nəticəsində 1 mülki ev, 1 həyətyanı tikili və 2 kombayn ziyan görüb".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun