Yer yarıldı, kombaynı sürücüsü ilə birlikdə "uddu" - FOTOlar

21 Sentyabr 2024 13:22

Rusiyada şokedici hadisə baş verib. Sahədə qəflətən 10 metrə qədər dərinlikdə nəhəng bir çuxur əmələ gəlib və kombaynı sürücüsü ilə birlikdə "udub".

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə İrkutsk vilayətinin Melxituy kəndində qeydə alınıb.

Təəssüf ki, kişi hadisə yerində həlak olub.

İlkin məlumatlara görə, hadisənin səbəbi yeraltı suların torpağı yuması nəticəsində yaranan karst çuxuru olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun