Messinin yeni biznesi

21 Sentyabr 2024 12:32

Argentina millisinin və "İnter Mayami" klubunun futbolçusu Lionel Messi "525 Rosario" adlı prodakşn şirkəti yaradıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Bildirilib ki, şirkət Messinin doğulduğu Santa Fe vilayətinin Rosario şəhərinin şərəfinə belə adlandırılıb.

Ulduz forvard bu işdə "Smuggler Entertainment" ilə ortaq olub.

Şirkətin bütün dünyada idmançılar üçün filmlər çəkməsi, idman hadisələrini işıqlandırması və brend reklamlar hazırlaması planlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun