Qazaxıstanda həbsxanada qiyam - 3 yaralı var

21 Sentyabr 2024 11:36

Qazaxıstanda cəzaçəkmə müəssisələrindən birində məhbuslar qiyam qaldırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ölkənin Türkistan vilayətində qeydə alınıb. 

Məlumata görə, məhbusların bəziləri saxlanma rejimi ilə razılaşmadıqları üçün tabe olmaqdan imtina ediblər.

İnsident zamanı Milli qvardiyanın iki hərbçisi, eləcə də həbsxananın bir əməkdaşı xəsarət alıb. 

Vəziyyəti daha sonradan sabitləşdirmək mümkün olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun