Atiye 3-cü dəfə ana olacaq - FOTOlar

21 Sentyabr 2024 13:36

Türkiyəli müğənni Atiye Deniz 3-cü dəfə ana olacaq.

Milli.Az olay-a istinadən bildirir ki, 35 yaşlı sənətçi dünyaya övlad gətirəcəyinə bir neçə həftə qalmış konsert verib. 

Səhnəyə yuvarlaq qarnı ilə çıxan Deniz onu seyr etməyə gələn izləyiciləri üçün sevilən və hit mahnılarını səsləndirib.

Qarnı burnunda olan ifaçı körpəsinin cinsiyyətini də açıqlayıb. 1 və 5 yaşlı iki qızı olan və hazırda 6 aylıq hamilə olan Atiye üçüncü dəfə qız anası olacağını bildirib.

Altı il əvvəl Almaniyada prodüser və musiqi direktoru Erol Sebebci ilə ailə quran Atiye bir müddətdir ki, qapalı həyat sürür.

Qeyd edək ki,  2019-cu ildə ilk qızı Ferah Fezanı dünyaya gətirən müğənni Atiye Deniz 2023-cü ildə Neva adında ikinci övladı olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun