Məşhur türkiyəli müğənni faciəvi şəkildə öldü - FOTO

21 Sentyabr 2024 09:38

1990-cı illərdə türk pop musiqisinin ən məşhur adlarından olan Metin Arolat 52 yaşında dünyasını dəyişib.

Milli.Az olay-a istinadən bildirir ki, meqastar Tarkan da daxil olmaqla bir çox sənətçinin kliplərinə rejissorluq edən sənətçi İstanbulun Kozyatağıdakı konserti zamanı bərk yıxılıb.

Ürəyi dayanan Arolata ürək masajı edilib, daha sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Metin bütün müdaxilələrə baxmayaraq xəstəxanada dünyasını dəyişdiyi açıqlanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun