Almaniya kansleri Olaf Şolts növbəti dəfə uçuş məsafəsi 500 km-yə yaxın olan "Taurus" qanadlı raketlərinin Kiyevə verilməyəcəyini bildirib.
Milli.Az axar.az-a istinadən bildirir ki, kansler bu barədə Branderburq federal torpağında, Niderqörsdorf icmasında yerli sakinlərlə görüşündə deyib.
"Çoxları mənə təzyiq edir, lakin Moskvaya çata bilən qanadlı raketləri Ukraynaya tədarük etməyəcəyəm. Burada elan edə bilərəm və elan edirəm: Bu mövqeyimdən geri çəkilən deyiləm", - deyə kansler bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun