Sumqayıt-Bakı qatarında yenidən texniki nasazlıq yarandı

21 Sentyabr 2024 09:05

Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn elektrik qatarında texniki nasazlıq qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, saat 06:50-də Sumqayıt Dəmiryol Stansiyasından hərəkətə başlayan qatar saat 07:42-də son ünvana çatmalı idi.

Lakin qatar Zabrat-2 və Zabrat-1 stansiyaları arasında dayanaraq ləngiyib. Maşinist sərnişinlərə qatarda texniki nasazlığın olduğunu bildirib.

Xatırladaq ki, analoji hadisə dünən də baş vermişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun