İbrahim Akil də öldürüldü

21 Sentyabr 2024 09:29

"Hizbullah" hərəkatının silahlı qüvvələrinin komandirlərindən biri, xüsusi əməliyyatlara cavabdeh olan İbrahim Akil İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi zərbələr nəticəsində öldürülüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Zərbələr nəticəsində Akillə birlikdə "Radvan" dəstəsinin yüksək komandanlığının nümayəndələri də öldürülüb", - bəyanatda deyilir.

Məlumatlara görə, Akil Livanda rabitə cihazlarının partlaması nəticəsində xəsarət alıb və xəstəxanadan evə yeni buraxılıb.

"Hizbullah" hələ ki, onun ölümünü təsdiqləməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun