3 minə yaxın məhbusu əfv etdi

21 Sentyabr 2024 08:30

İranın ali dini lideri Əli Xamenei Məhəmməd peyğəmbərin mövludu günü münasibətilə 3 minə yaxın məhbusu əfv edib və cəza müddətini azaldıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, ayətullah 2870 məhbusun cəzasını dəyişdirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun