Bakıda 16 mərtəbəli binada yanğın: sakinlər təcili təxliyə edildi - FOTO

20 Sentyabr 2024 23:35

Bakının Nərimanov rayonunda binada yanğın olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın Həsənoğlu küçəsində yerləşən onaltı mərtəbəli binanın qarajında baş verib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.

Yanğınla əlaqədar bina sakinləri təxliyə edilib.

Məlumata görə, qarajda "Mercedes" markalı minik avtomobili yanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun