Qarabağda qarşılaşdığımız mənzərə dəhşətlidir - Bianki

21 Sentyabr 2024 00:38

Bizim Qarabağda qarşılaşdığımız mənzərə dəhşətlidir. Bütün tikililər məhv edilib.

Milli.Az xəbər verir ki, bu sözləri Ağdamda İmarət Kompleksində AZƏRTAC-a müsahibəsində bərpa üzrə italiyalı ekspert Alessandro Bianki deyib.

"Hətta qəbiristanlıqlar da dağıdılıb. Biz Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu ilə əməkdaşlıq etməkdə maraqlıyıq. Bundan əlavə, dağıdılmış binaların restavrasiyasına da ehtiyac var", - o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun