BMT-dən İsrail və Livana çağırış!

21 Sentyabr 2024 00:22

BMT İsrail və Livan arasında vəziyyətin gərginləşməsindən, xüsusən də İsrailin Beyruta hava hücumundan son dərəcə narahatdır və bütün tərəfləri maksimum təmkinli olmağa çağırır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu brifinqdə BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"İsrail-Livan sərhədindəki eskalasiyadan, o cümlədən Beyruta ölümcül zərbədən çox narahatıq. Bütün tərəfləri dərhal deeskalasiyaya çağırırıq, hər kəs maksimum dərəcədə təmkin nümayiş etdirməlidir", - deyə o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun