Sensasiya: Motsartın əvvəllər məlum olmayan əsəri tapıldı

22 Sentyabr 2024 17:31

Avstriyalı bəstəkar və virtuoz musiqiçi Volfqanq Amadey Motsartın əvvəllər məlum olmayan musiqi əsəri Almaniyanın şərqindəki Leypsiq (Saksoniya) şəhərindəki kitabxanada aşkar edilib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə yerli hakimiyyət orqanları bəyanat yayıblar.

"Musiqi aləmində sensasiya: Leypsiq Şəhər Kitabxanası İdarəsinin musiqi kitabxanasından tapılan 12 dəqiqəlik musiqi parçası bəstəkar Volfqanq Amadey Motsartın əsəri kimi müəyyən edilib. Bu musiqi əsəri, ilk dəfə Almaniyada təqdim olunacaq və şənbə günü, sentyabrın 21-də Leypsiq Operasında nümayiş olunacaq.

Əsərin 1760-cı illərin ortalarında və sonlarında yaradıldığı güman edilir. O zaman Motsart hələ çox gənc bəstəkar idi", - məlumatda bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun