Narkotik satan yüksək vəzifəli polislər HƏBS OLUNDU

22 Sentyabr 2024 14:32

Rusiyanın Nijni Novqorod şəhərində narkotik satan polislərə hökm oxunub.

Milli.Az lent.az-a istinadən bildirir ki, müttəhimlər 8 saylı polis idarəsinin keçmiş rəis müavini və narkotiklərlə mübarizə şöbəsinin böyük əməliyyatçısıdır. Sormovski rayon Məhkəməsi rəis müavini barəsində 13, böyük əməliyyatçı barəsində isə 12 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

Hər ikisi cəzalarını ciddi rejimli həbsxanada çəkəcəklər.

İstintaqın məlumatına görə, 2022-ci ildə polis məmurları qadağan olunmuş maddənin bir dozasını dostuna 23 min rubla (təxminən 425 manat) satıb. Cinayəti törətdikdən sonra onlar saxlanılaraq tutduqları vəzifələrdən azad ediliblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun