"Fənərbağça" və "Qalatasaray"ın ulduzları derbini buraxacaq

20 Sentyabr 2024 20:34

Super Liqanın 6-cı həftəsində "Fənərbağça" və "Qalatasaray" komandaları üz-üzə gələcək.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, derbi öncəsi "sarı-lacivərtlilər" yalnız bir itki ilə üzləşib. Zədəsini sağaldan Osayi Samuelin hələ də tam bərpa olunmaması səbəbindən onun "Qalatasaray"la matçda meydana çıxması gözlənilmir.

"Qalatasaray" isə əsas itki ilə meydana çıxacaq. Hakim Ziyeş sabah baş tutacaq derbidə komandasına kömək edə bilməyəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun