Ağdam Sənaye Parkında ölkədə ilk dəfə elektromobillərin şarj cihazları istehsal olunacaq - FOTOlar

20 Sentyabr 2024 23:11

Ağdam Sənaye Parkında fəaliyyət göstərən "Eel Electric" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) elektrik avadanlıqlarının istehsalı ilə məşğuldur.

Bu barədə Trend-in suallarını cavablandırarkən "Eel Electric" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Vüsal Mirzəyev deyib.

"Ağdam Sənaye Parkında fəaliyyət göstərən "Eel Electric" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) müəssisəsi elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı ilə məşğuldur. Müəssisədə Avropa və Türkiyənin qabaqcıl texnologiyasının tətbiqi ilə 35 və 10 Kv-luq elektrik paylayıcı qurğular, 0,4 kV-luq güc panelləri və idarəetmə panelləri, kondensator qurğuları və ölkədə ilk dəfə olaraq elektromobillərin şarj cihazları istehsal olunacaq.

Müəssimiz 2 bazadan ibarətdir. Birinci baza tam hazırdır. İnvestisiya dəyəri 3 milyon manatdan çox olan müəssisədə 70 nəfər işlə təmin ediləcək. Burada da işçilərin, əsasən, Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur", - deyə o bildirib

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun