Bərdədə arı sancması ölümə səbəb olub

20 Sentyabr 2024 20:39

Bərdədə arı sancması ölümə səbəb olub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Bərdə rayonu Nazırlı kəndində qeydə alınıb.

Kənd sakini 1976-cı il təvəllüdlü Tağıyev Rüfət Çıraq oğlunu arı sancıb. Bundan sonra onun vəziyyəti pisləşib. O, xəstəxanaya aparılarkən yolda ölüb.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun