Ərdoğan Harrislə görüşə bilər

20 Sentyabr 2024 20:26

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində iki dövlət arasında münasibətlərin yaxşılaşması tendensiyasını dəstəkləmək üçün Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd Kamala Harrislə görüşmək istəyir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

Mənbənin sözlərinə görə, hələlik nə Türkiyə Xarici İşlər Nazirliyi, nə də Ağ Ev bu məsələyə münasibət bildirməyib.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun