İsrail Beyruta hava zərbəsi ilə bağlı ABŞ-ı məlumatlandırmayıb

20 Sentyabr 2024 18:41

ABŞ İsrailin Beyrutda Hizbullahın yüksək səviyyəli komandirini vurmaq planı barədə əvvəlcədən məlumatlandırılmayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Qeyd edək ki, İsrailin Beyrutun cənubuna endirdiyi aviazərbə nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb. Hizbullaha yaxın mənbə isə AFP-yə İbrahim Akilin İsrailin hava hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun