Ötən il yıxılmışdı, indi əsa ilə gəzir - FOTO

20 Sentyabr 2024 18:03

Xalq artisti Firəngiz Mütəllimova həmkarı Rafiq Əzimovla fotosunu yayımlayıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorlar ötən gün tamaşa izləməyə gedib. Şəkildə diqqət çəkən məqam isə R.Əzimovun əsası olub. Belə ki, ötən ilin dekabrında yıxılaraq ayağını zədələyən R.Əzimov hələ də tam sağalmayıb. 

Qeyd edək ki, 85 yaşlı aktyor "Qarabağnamə" tamaşasının nümayişindən sonra yıxılaraq ayağından zədə alıb. O, əməliyyat olunub. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun