Şəhid Bilal Qəhrəmanovun nəşinin qalıqları dəfn edildi

20 Sentyabr 2024 17:08

Birinci Qarabağ müharibəsində itkin düşən və uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Bilal Qəhrəman oğlu Qəhrəmanovun nəşinin qalıqları Gədəbəy şəhidlər xiyabanında dəfn edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, doğmaları, qazilər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Üçrəngli Azərbaycan bayrağı şəhidin qardaşına təqdim edilib.

Qeyd edək ki, Bilal Qəhrəman oğlu Qəhrəmanov 2 iyun 1969-cu ildə Gədəbəy rayonunun Yenikənd, indiki Qızılqaya kəndində anadan olub.
1994-cü il yanvarın 4-də isə Ağdam rayonunun Qarakənd kəndinə "Çeyl yüksəkliyi" adlanan yerdə itkin düşüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun