İsrail səfirliyi Azərbaycan Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

20 Sentyabr 2024 13:55

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, bu barədə səfir "X" sosial media hesabında bildirib.

"Azərbaycanın Dövlət Suverenliyi Günü mübarək", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun