Haluk Bilginer "Emmy"yə namizəd oldu

22 Sentyabr 2024 18:28

Türkiyəli məşhur aktyor Haluk Bilginerin "Emmy" mükafatına namizədliyi irəli sürülüb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, onun rol aldığı "Safir" serialı "Emmy" Dünya Televiziya Festivalında digər ekran işləri ilə mübarizə aparacaq.

Aktyor özü isə "Ən yaxşı kişi aktyor" nominasiyasında yarışacaq.

Yarışma 22-24 noyabr tarixlərində Nyu Yorkda baş tutacaq.

Ümumilikdə 21 ölkədən 56 namizəd 14 kateqoriyada iştirak edəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun