iPhone 16 iPhone 15-dən nə qədər çox enerji saxlayır?

20 Sentyabr 2024 15:12

Yeni iPhone 16 və iPhone 16 Pro smartfonları əvvəlki nəsillə müqayisədə batareyanın ömründə əhəmiyyətli irəliləyişlər nümayiş etdirir.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Toms Guide-dəki araşdırmaya görə, iPhone 16 Pro Max 18 saata qədər fasiləsiz veb-sörf etməyə, iPhone 16 Pro isə 14 saata qədər davam edə bilər. Bu, iPhone 15 və 15 Pro-dan dörd saat çoxdur.

Batareya ömrü testində iPhone 16 Pro Max, 17 saatlıq batareya ömrü ilə Samsung Galaxy S24 Ultra və 13,5 saat şarj saxlayan Google Pixel 9 Pro kimi rəqibləri üstələyib. iPhone 15 ilə müqayisədə iPhone 16-nın işləmə müddətində və əsas modellərində də irəliləyiş var.

Bununla belə, yeni iPhone-ların enerji doldurma sürəti iPhone 15 ilə təxminən eyni səviyyədə qaldı. iPhone 16 Pro və Pro Max 15 dəqiqəyə 29%, 30 dəqiqəyə isə 55-56%-ə qədər doldurur ki, bu da əvvəlkindən bir qədər aşağıdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun