İlham Əliyev Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıb

20 Sentyabr 2024 11:24

Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə hərbçilərimizin qəhrəmanlığından, peşəkarlığından danışıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı dünya hərb tarixində 44 günlük müharibədə şanlı Ordumuzun həyata keçirdiyi əməliyyatların oxşarının olmadığını bildirib.

"44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir?! Bu, həqiqətdir", - deyə Prezident qeyd edib.

Milli.Az