Beren Saatın tərəf müqabilləri məlum oldu - FOTO

20 Sentyabr 2024 15:48

"Gizli dolab" filmi ilə çəkiliş meydançasına qayıdan Beren Saatın  tərəf müqabilləri məlum olub.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, bunlar Furkan Andiç və Yiğit Özşener olub.
 
Saat, filmdə jurnalist və köşə yazarı Rengin Alazın həyatını canlandıracaq.
 
Çəkilişlərinin 24 sentyabrda başlaması planlaşdırılan filmin rejissoru Caner Alper və Mehmet Binaydır.
 
Filmdə jutnalist Rengin Alazın həyat yoldaşı Barışa Yiğit Özşener, daha sonra tanış olduğu Cem adlı gənc sevgilisinə isə yaraşıqlı aktyor Furkan Andiç həyat verəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun