Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı konsultativ görüşü keçirilib - YENİLƏNİB - FOTO

20 Sentyabr 2024 14:04

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu" üzrə Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı Dövlətlərin dəmir yolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, spikerlər arasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov, "Özbəkistan Dəmir Yolları" ASC-nin sədri Zufar Narzullayev və Türkiyə Dövlət Dəmir Yolları İdarəsinin sədri Ufuk Yalçın var.

Həmçinin, Çin konteyner dəmiryolu daşımaları korporasiyasının rəhbəri Yan Bin, "Tacikistan Dəmir Yolları" dövlət müəssisəsinin birinci müavini Sorbon Kulaхmadov, "Qırğız Dəmir Yolu"-nun baş direktorunun müavini Dostan Usubakunov və "Avstriya Federal Dəmir Yolları"nın Avrasiya və Mərkəzi Asiya ilə əlaqələr üzrə şöbə rəhbəri Eniko Dyerfi də çıxış edəcəklər.

Görüşdə "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının nizamnaməsi və təsis protokolunun layihəsi müzakirə olunur.

Konsultativ görüşün ikinci yarısında müxtəlif məsələləri müzakirə edən ADY nümayəndələrinin çıxışları gözlənilir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşan Rüstəmov bildirib ki, Azərbaycan Avstriya və Çinin iştirakı ilə Mərkəzi Asiya, Azərbaycan, Türkiyə regionunda beynəlxalq daşımaların koordinasiyasının yaxşılaşdırılması məqsədilə "Avrasiya Multimodal Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması təşəbbüsünü təqdim edib.

Onun sözlərinə görə, assosiasiya kollegial orqan olacaq və marşrutun konsepsiyasının, tarif siyasətinin və rəqəmsallaşmanın hazırlanmasını idarə edəcək.

"Çin və Avstriyanın bu marşruta marağı onun cəlbediciliyinin tanınmasıdır", - R.Rüstəmov qeyd edib.

O, dünya bazarlarının inkişaf dinamikasının, Çin Xalq Respublikasından yük daşımalarının artmasının yeni marşrutlara ehtiyac yaratdığını vurğulayıb.

"Hər il dünyada yük daşımaları 5 faiz artır, qlobal dəmir yolu nəqliyyatı bazarı isə 300 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. 2025-ci ilə qədər dünyada 12 trilyon ton - kilometr, 2050-ci ildə 28 trilyon ton - kilometr yük dövriyyəsi gözlənilir", - ADY rəhbəri bildirib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bildirib ki, "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı konsultativ görüşün nəticələri üzrə protokol imzalanıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov qeyd edib ki, Azərbaycan Avstriya və Çinin iştirakı ilə Mərkəzi Asiya, Azərbaycan, Türkiyə regionunda beynəlxalq daşımaların koordinasiyasını yaxşılaşdırmaq məqsədi ilə "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması təşəbbüsü ilə çıxış edib.

O, Assosiasiyanın tarif siyasəti və rəqəmsallaşma üzrə işlərin koordinasiyasını həyata keçirəcək kollegial orqan olacağını bildirib.

---------

10:50

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu" üzrə Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı Dövlətlərin dəmir yolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, spikerlər arasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov, "Özbəkistan Dəmir Yolları" ASC-nin sədri Zufar Narzullayev və Türkiyə Dövlət Dəmir Yolları İdarəsinin sədri Ufuk Yalçın var.

Həmçinin, Çin konteyner dəmiryolu daşımaları korporasiyasının rəhbəri Yan Bin, "Tacikistan Dəmir Yolları" dövlət müəssisəsinin birinci müavini Sorbon Kulaхmadov, "Qırğız Dəmir Yolu"-nun baş direktorunun müavini Dostan Usubakunov və "Avstriya Federal Dəmir Yolları"nın Avrasiya və Mərkəzi Asiya ilə əlaqələr üzrə şöbə rəhbəri Eniko Dyerfi də çıxış edəcəklər.

Görüşdə "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının nizamnaməsi və təsis protokolunun layihəsi müzakirə olunur.

Konsultativ görüşün ikinci yarısında müxtəlif məsələləri müzakirə edən ADY nümayəndələrinin çıxışları gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun