Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib - FOTO

20 Sentyabr 2024 09:01

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər! Dövlət Suverenliyi Günü münasibətilə sizi təbrik edirəm! Qoy qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı bahasına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz əbədi olsun!"

Milli.Az