Livanda partlayan peycerlərdə əli ola biləcək iş adamı yoxa çıxıb

20 Sentyabr 2024 09:40

Livana peycerlərin tədarükü ilə məşğul olduğu iddia edilən Bolqarıstanın Norta Global şirkətinin sahibi olan norveçli iş adamı Rinson Yosi onların kütləvi partladıldığı gün yoxa çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İngiltərənin "Daily Mail" qəzeti məlumat yayıb.

Nəşrin yaydığı məlumata görə sentyabrın 17-də Yosi Oslo ətrafındakı mənzilindən çıxaraq planlaşdırılmış işgüzar səfərə yollanıb.

O vaxtdan bəri onun əsas işəgötürəni olan Norveç media şirkəti NHST-nin rəhbərliyi onunla əlaqə saxlaya bilmir.

Sentyabrın 18-i axşam NHST nümayəndələri Norveç Polisinin Təhlükəsizlik Xidməti ilə əlaqə saxlayıblar.

Oslo dairə polisi sentyabrın 19-da məlumatla bağlı ilkin araşdırmaya başladığını açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun