“Toyota” dərəyə aşdı - Ölən var - FOTO

20 Sentyabr 2024 10:38

Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən axşam rayonun Motlayataq kəndi, Üləsi adlanan ərazidə qeydə alınıb.

Belə ki, ki kənd sakini Şahin Şiriyevin idarə etdiyi "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq 100 metr hündürlükdən dərəyə aşıb.

Qəzada sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin Motlayataq kənd sakini 1981-ci il təvəllüdlü Mətləb Vaqif oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun