ABŞ Rusiya banklarına sanksiya tətbiq etdi

20 Sentyabr 2024 07:46

Rusiyanın "Beynəlxalq Hesablaşma Bankı", "Timer Bank" ASC və "Stroytreyd" MMC-yə qarşı sanksiyalar tətbiq edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiyalar siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin adları çəkilən şəxslərlə iş görməsini qadağan edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun