“Azərbaycan Sənaye Sığorta” ASC-də yeni təyinat

19 Sentyabr 2024 18:04

"Azərbaycan Sənaye Sığorta" ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qərara əsasən İlkin Mirzəyev "Azərbaycan Sənaye Sığorta" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İlkin Mirzəyev sığorta sektorunda geniş təcrübəyə malikdir.

Sığorta şirkətlərinin İdarə Heyətində təmsil olunmaqla yanaşı son 5 ildə İcbari Sığorta Bürosu HŞİ maliyyə şöbəsinin rəisi vəzifəsini icra edib.

İxtisasca iqtisadçı olan İ.Mirzəyev Azərbaycan Dövlət iqtisad Universitetinin və Türk Sığorta İnstitutu Vakfının (TSEV) məzunudur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun