Türkiyədə ağır yol qəzası - 22 nəfər yaralandı

19 Sentyabr 2024 17:19

Türkiyənin Düzce şəhərində ağır yol qəzası olub.

Milli.Az report-a istinadən xəbər verir ki, kənd təsərrüfatı sahəsində çalışan işçiləri daşıyan maşının 50 metr hündürlükdən aşması nəticəsində 22 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun